İQTİSADİYYATÇI, İQTİSADÇI

экономист
İQTİSADİYYAT
İL
OBASTAN VİKİ
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. == Vəzifələri == İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
Akif Musayev (iqtisadiyyatçı)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub. 1965–1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə 1967–1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi 1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır 1980–1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent 1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır 1991–1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri. 1999–2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi 2000–2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri 2007–2011 — Azərbaycan Universitetinin Rektoru 2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür. == Mükafatları == "Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı. == Kitabları == Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. == Bioqrafiyası == Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
İqtisadçı (qəzet)
İqtisadçı qəzeti — 1970-ci ilin 28 yanvarından çap olunan qəzet. == Yaranma tarixi == «İqtisadçı» qəzeti 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar İttifaqı və Komsomol Təşkilatlarının orqanı kimi təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir. == İşin məzmunu == «İqtisadçı» qəzeti universitetdə tədrisin təşkili və onun müasir standartlara uyğun aparılması üçün mütərəqqi təkliflərin dərcinə xüsusi diqqət yetirir. Bununla bağlı universitet rəhbərliyinin tədrisin keyfiyyətinin qaldırılması sahəsində apardığı məqsədyönlü işlər qəzetin səhifələrində öz əksini tapır. Burada həmçinin, tədrislə əlaqədar tədrisə kömək etmək məqsədilə qəzetdə dərc edilən təsirli məqalələr xüsusi diqqət mərkəzindədir. Məsələn, zaçot və imtahan sessiyalarına hazırlığın vəziyyəti və gedişatı ilə bağlı yol verilən nöqsanlar, qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini günün tələbləri səviyyəsində qura bilməyən, pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim münasibətlərinə xələl gətirən əməkdaşlar haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə tənqid olunur. Bununla yanaşı, universitetdə qabaqcıl iş metodu ilə fərqlənən, tədrisin yaxşılaşdırılması istiqamətində fəallıq göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi xarakterli materiallar dərc olunur. Qəzetdə universitetin elmi fəaliyyətinə də geniş yer verilir.
İqtisadçı QVK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. == Tarixi == === Universitet klubu olduğu illər === "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
İqtisadçı VK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. == Tarixi == === Universitet klubu olduğu illər === "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Həsən Qasımov (iqtisadçı)
Həsən Allahyar oğlu Qasımov (1940, Qaraçuq, Naxçıvan rayonu – 13 yanvar 1994, Bakı) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). == Həyatı və fəaliyyəti == 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Mehdi Bağırov (iqtisadçı)
Məcid Hüseynov (iqtisadçı)
Məhərrəm Məmmədov (iqtisadçı)
Məhərrəm Tamo oğlu Məmmədov (1922, Bakı – 1993, Bakı) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == Məmmədov Məhərrəm Təmimdər (Tamo) oğlu 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə könüllü olaraq cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə ağır yaralanmış və ordu sıralarından tərxis olunmuşdur. 1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və 1964-cü ilədək bu institutda dərs demişdir. 1964-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi vəzifəsində çalışmış, Komitənin kollegiyasının üzvü olmuşdur. O, bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1944-cü ildə II dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1981-ci ildə Qırmızı Əmək Bayrağı ordeninə, 1985-ci ildə I dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1991-ci ildə "Azərbaycanın əməkdar iqtisadçısı" adına layiq görülmüşdür. == Ailəsi == Atası Xəlil oğlanlarından Təmimdar(Tamo) Məmmədağa 1875-ci ildə Kars şəhərində anadan olmuş. 20-ci əsrin əvvəllərində ailəsi ilə birlikdə (həyat yoldaşı Səriyyə, qizları Əfruz və Bilqeyis, kiçik qardaşı Həmid) Bakı şəhərinə köçmüş.
Məmməd Məmmədov (iqtisadçı)
Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991); Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020) == Həyatı == 5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır. 1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir. 13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib. 13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib. == Ailəsi == Ailəlidir.
Natiq Qasımov (iqtisadçı)
Natiq Qasımov (tam adı:Qasımov Natiq Əbülfəz oğlu; 19 mart 1960, Bakı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). == Həyatı == Qasımov Natiq Əbülfəz oğlu 19 mart 1960-cı ildə Bakıda anadan olub. === Təhsili === 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu iqtisadiyyat fakütləsini bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüafının iqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi işləmişdir. 1988–93-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqı sədr müavini olub. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010) olub. === Elmi fəaliyyəti === 6 monoqrafiyanın,80-dən çox elmi məqalənin,9 kitabçanın müəllifidir.
Nazim Məmmədov (iqtisadçı)
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. == Həyatı == Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. == Təhsili və elmi-pedaqoji fəaliyyəti == 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.
Ramil Əliyev (iqtisadçı)
Əliyev Ramil Bəylər oğlu (1940, Qaryagin rayonu) — iqtisad elmləri doktoru, professor. == Həyatı == Ramil Əliyev 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R. Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R. Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R. Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir.
Ruslan Quliyev (iqtisadçı)
Rəhim Hüseynov (iqtisadçı)
Rəhim Hüseynov (tam adı: Rəhim Hüseyn oğlu Hüseynov; 22 iyul 1961, Bakı – 12 may 2014, Bakı) — iqtisadçı, Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA prezidentinin müşaviri. == Həyatı == Rəhim Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978–1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Mühəndis-iqtisad" fakültəsində təhsil alıb. 1991–92-ci illərdə İstanbul Dövlət Universitetində "İdarəetmə" fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib. AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb. "SİAR" şirkətində təsisçilərdən biri və baş menecer, "Marketinq mütəxəssisləri" İctimai Birliyində idarə heyətinin sədri, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub. 1997–1998-ci illərdə BMT Sənayenin İnkişafı Təşkilatında (UNİDO) Azərbaycan üzrə milli ekspert kimi fəaliyyət göstərib. 1997–2002-ci illərdə Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR) üzvü, 2000–2002-ci illərdə Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyasının Himayəçilər Şurasının üzvü olub. 2003–2005-ci illərdə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasında təşkil olunan iclaslarda ölkəmizin rəsmi nümayəndə heyətinə rəhbərlik edib. 2005-ci ildən bu günə qədər Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.
Sahib Məmmədov (iqtisadçı)
Sahib Əli oğlu Məmmədov (1978) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib. BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib. === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb. 2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib. 2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib. 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Saleh Vəliyev (iqtisadçı)
Saleh Vəliyev (tam adı: Vəliyev Saleh Cəbrayıl oğlu; 5 aprel 1938, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan SSR əməkdar iqtisadçısı == Həyatı == Vəliyev Saleh Cərbayıl oğlu 5 aprel 1938-ci ildə Naxçıvan Muxrar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. === Təhsili === 1960-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat fakültəsini bitirmişdir. == Fəaliyyəti == Naxçıvan Muxrar Respublikası Nazirlər Soveti Dövlət Plan Komitəsində böyük iqtisadçı, bölmə müdiri, Naxçıvan Muxrar Respublikasınəın Statistika İdarəsində rəis müavini-kənd tərəssüfatı şöbəsinin rəisi,hesablama mərkəzinin rəisi, Naxçıvan Muxrar Respublikası Nazirlər Sovetinin Sədrinin referent,Naxçıvan Muxrar Respublikası maliyyə nazirinin müavini vəzifələrində çalışmışdırlar. 1983-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri olub.
Telman Hüseynov (iqtisadçı)
Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu – 4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. == Həyatı və təhsili == Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. === Vəfatı === 4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır. === Elmi fəaliyyəti === 1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Teymur Zeynalov (iqtisadçı)
Tofiq Hüseynov (iqtisadçı)
Tofiq Həsən oğlu Hüseynov (27 dekabr 1937, Şəlvə, Laçın rayonu) — Azərbaycan iqtisadçısı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor. == Həyatı == Tofiq Həsən oğlu Hüseynov 1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuş, 1960-cı ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin iqtisadiyyatı" fakültəsini bitirmiş və "İqtisadçı" ixtisası verilmişdir. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı İnstitutunun əyani aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək Bakı şəhərinə qayıtmışdır. 1967–1980-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin elmi-tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsində işləmişdir. 1980–2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri işləmişdir. 1988-ci ildə Tofiq Hüseynova Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təşəkkür elan edilmiş və mükafatlandırılmışdır. T. Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 130-dan çox əsərin, o cümlədən, 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Elmi-tədqiqat işləri investisiya tikinti kompleksi, iqtisadiyyatın diversifikasiyası, iqtisadi-sosial səmərəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov "Azərbaycan Milli Ensiklopediyası"nda məqaləsi ("tikinti") dərc edilmiş müəlliflərdən biridir. Son 4 ildə ölkənin iqtisadi və sosial inkişaf problemlərinə həsr olunmuş 14 məqaləsi "Azərbaycan" və "Respublika" qəzetlərində nəşr edilmişdir.
Tofiq Quliyev (iqtisadçı)
Tofiq Quliyev (azərb. Tofiq Əvəz oğlu Quliyev;‎ d. 1935, Ağdam, Paşabəyli kəndi — ö. 23 fevral 2019, Bakı) — Əməkdar elm xadimi (1992), iqtisad elmləri doktoru, professor (1970). == Həyatı == Tofiq Quliyev 1935-ci ildə Ağdamın Paşabəyli kəndində türkçü ziyalı ailəsində anadan olmuşdur.O, 9-cu sinifdə oxuyarkən atası Əvəz Muxtar oğlu Quliyev ağır xəstəlikdən dünyasını dəyişmişdir. Onun xəstəliyinə səbəb Bayıl həbsxanasında qalması olmuşdur. Belə ki, Əvəz Quliyev 1918–1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Respublikası dövründəki fəaliyyətinə görə, həmçinin türk pasportuna sahib olması və pantürkist olması səbəbindən Türkiyənin agenti hesab edilərək 1932-ci ildə həbs edilmiş, Stalin repressiyasının ilk qurbanlarından biri olmuşdur. Tofiq Quliyevin atası ruhani məktəbində təhsil almışdı. O, Azərbaycan və türk dili ilə yanaşı, fars və ərəb dillərini də mükəmməl bilirdi. Ona görə də Firdovsi və Sədinin farsca şeirlərini tərcümə edə bilirdi.
Tomas Ettvud (iqtisadçı)
Tomas Ettvud (ing. Thomas Attwood; 6 oktyabr 1783, Heylsoven[d], Uest-Midlends[d] – 6 mart 1856, Böyük Malvern[d], Vusterşir[d]) — ingilis iqtisadçı və siyasətçi. == Həyatı və fəaliyyəti == Tomas Etttvud 6 oktyabr 1783-cü ildə İngiltərənin Halesouen şəhərində dünyaya gəlmişdir. Əvvəlcə Halesouen Dil Məktəbinə getmiş, ardınca isə təhsilini Vulverhempton Dil Məktəbində davam ettirmişdir. 12 may 1806-cı ildə Elizabet Karles ilə ailə qurmuşdur. Əmək fəaliyyətinə 1800-cü ildə atasının Birminhemdəki bankında başlamışdır. 1830-cu ildə Birminhem Siyasi İttifaqını yaratmışdır. Sözügedən siyasi təşkilat, Biminhem və ətrafında aktiv siyasi kampaniyalar apararaq, "İslahat Aktı"nın qəbul edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. 1832-ci ildə "İslahat Aktı"nın qəbuluna müyəssər olmuş və aktın ehtiva etdiyi seçki maddəsindən yararlanaraq Birminhemdən parlamentə seçilmişdir. 1856-cı ildə Malvern, Uorçesterşirdə vəfat etmişdir.
Vaqif Həsənov (iqtisadçı)